Ru
10:45 / 10 İyun 2022

Nəşriyyatda tamaşaya ictimai baxış oldu: Premyera isə sabahdır - FOTO

Nəşriyyatda tamaşaya ictimai baxış oldu: Premyera isə sabahdır -  FOTO
Eye

Dünən Qanun Nəşrlər Evinin binasında fəaliyyətə başlayan M. Teatrının ilk tamaşasına ictimai baxış keçirildi.

Sənət adamlarının və media nümayəndələrinin iştirak etdiyi tədbir bir çox məqamlarla yadda qaldı. İlk olaraq yeni ünvanla bağlı danışan teatrın rəhbəri, Xalq artisti Vidadi Həsənov Qanun Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlunu da səhnəyə dəvət etdi. Onlar M. Teatrının nəşriyyatın binasında fəaliyyətə başlamasının qısa tarixçəsindən və az vaxt ərzində tamaşa zalının işlək hala gətirilməsindən danışdılar. Ş.Xuduoğlu bildirdi ki, öz fəaliyyətini genişləndirən nəşriyyat indən belə bu zalda başqa mədəni tədbirlər də təşkil edəcəkdir. Kitab təqdimatları, oxu saatları, uşaqlar üçün nağıl axşamları, müəlliflərlə görüş və s.

Təqdimatdan sonra Xalq artisti Vidadi Həsənovun quruluş verdiyi Rövşən Ağayevin “Vidalaşmadan getməyin” monotamaşası nümayiş olundu.

Aktyor Oktay Mehdiyevin canlı, həssas və təsirli ifası tamaşaçıların sürəkli alqışları ilə qarşılandı.


Bir saatlıq tamaşadan sonra Vidadi Həsənov yenidən səhnəyə çıxaraq tamaşaçıları yaradıcı heyətlə tanış etdi: Bəstəkar Vüqar Məmmədzadə, rəssam Ülkər Əliyeva, rejissor köməkçisi Səbinə Süleymanova və başqaları.


Tədbir yaradıcı heyət və tamaşaçıların qızğın müzakirələri ilə davam etdi.


Məlumat üçün qeyd edək ki, “Vidalaşmadan getməyin” tamaşasının premyerası 11-12 iyun, saat 18-də Qanun Nəşrlər Evinin (Tbilisi pr. 76) üçüncü mərtəbəsində keçiriləcək.

İştirak etmək istəyənləri biletləri iTicket.Az-dan əldə edə bilərlər.

Nəşriyyatda tamaşaya ictimai baxış oldu: Premyera isə sabahdır -  FOTO
Nəşriyyatda tamaşaya ictimai baxış oldu: Premyera isə sabahdır -  FOTO
Nəşriyyatda tamaşaya ictimai baxış oldu: Premyera isə sabahdır -  FOTO
Nəşriyyatda tamaşaya ictimai baxış oldu: Premyera isə sabahdır -  FOTO
Nəşriyyatda tamaşaya ictimai baxış oldu: Premyera isə sabahdır -  FOTO
Nəşriyyatda tamaşaya ictimai baxış oldu: Premyera isə sabahdır -  FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar