Ru
10:39 / 31 Yanvar 2025

Nəvəsinin ölmünə dözməyən nənə intihar etdi - Yevlaxda dəhşətli hadisə

Nəvəsinin ölmünə dözməyən nənə intihar etdi - Yevlaxda dəhşətli hadisə
Eye

Yevlax rayonunda nəvəsinin qəzada öldüyünü eşidən nənə intihar edib.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Tanrıqulular kəndində baş verib.

Belə ki, yanvarın 23-də Mingəçevir şəhərində həmin kəndin sakini olan 15 yaşlı Amil Habil oğlu Rzayevi “VAZ 2107” markalı avtomobil vurub. Ağır vəziyyətdə Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilən yeniyetmə komadan ayılmayıb və yanvarın 30-u saat 14 radələrində vəfat edib.

Dünən nəvəsinin ölüm xəbərini alan 1961-ci il təvəllüdlü Lalaxanım Rzayeva sirkə turşusu içərək həyatına qəsd edib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Hər iki ölüm faktı ilə bağlı araşdırma aparılır.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar