Ru
00:01 / 05 İyun 2024

Niaqara şəlaləsi Azərbaycan bayrağına büründü - FOTO

1696
“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Niaqara Fols Siti Hol” (“Niagara Falls City Hall”) mərkəzinin önündə Azərbaycan bayrağı qaldırılıb.

Bakupost.az xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə baş tutan mərasimdə Niaqara şəhərinin meri Ceyms M. Diodati Azərbaycan icmasına təbrik edib və mərkəzin rəhbəri Lalin Həsənovaya mer və şəhər şurasının üzvləri tərəfindən imzalanmış bəyannaməni təqdim edib.

“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin və ABŞ-də fəaliyyət göstərən Birləşmiş Ştatların Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü münasibətilə Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Niaqara şəlaləsinin işıqlandırılmasını izləyərək bu tarixi günü qeyd edən Kanada Azərbaycan icması, həmçinin Azərbaycana dost münasibət bəsləyən xalqların nümayəndələri “Azərbaycan”, “Xudayar təsnifi” və “Qarabağ” musiqisinin sədaları altında rəqslər edib, “Yallı” gediblər.

Qeyd edək ki, hadisə ərazidə olan yerli sakinlərin və turistlərin diqqətini cəlb edib. Aksiya ilə maraqlananlara Azərbaycanın Müstəqillik Günü haqqında məlumat verilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər