Ru
12:58 / 03 Mart 2023

Nokia loqosunu dəyişdi - 60 ildə ilk dəfə - FOTO

11288
Nokia 60 ildə ilk dəfə loqosunu dəyişdiyini açıqlayıb.

Bakupost.az xəbər verir ki, şirkət yeni brend kimliyini təqdim edib.

Artıq simvolik Yale mavisi şrifti və “Connecting people” şüarı yoxdur.

Bunun əvəzinə şirkət daha müasir və rəqəmsal loqoya üstünlük verib.

Nokia Korporasiyasının prezidenti Pekka Lundmark mobil telefondan tamamilə fərqli bir brendi işə salmaq istədiklərini bildirib:

“Biz hələ də əksər insanların fikrincə uğurlu cib telefonu markasıyıq, lakin Nokia-nın məqsədi bu deyil. Biz şəbəkələrə və sənaye rəqəmsallaşmasına çox diqqət yetirən yeni brendi işə salmaq istəyirik. Bu, köhnə mobil telefonlardan tamamilə fərqli bir şeydir."

Qeyd edək ki, şirkət uzun müddətdir telefon bazarında aktiv fəaliyyət göstərmir. Microsoft 2014-cü ildə şirkətin Cihazlar və Xidmətlər bölməsini 7 milyard dollara alıb.

Texnologiya nəhəngi 2016-cı ildə bu sövdələşmədən əlini çəkib.

Şirkət yeni elanından cəmi bir gün əvvəl ən son cihazı olan G22-ni elan edib. Bu telefon klassik Nokia loqosunu daşıyır. Şirkətin köhnə loqotipini yeni və minimal dizaynla əvəz etməsi müasir dövrə uyğunlaşmaq istədiklərinin göstəricisidir.



Aynur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər