Ru
13:56 / 14 İyun 2022

Növbədənkənar sessiyanın ilk iclası bu tarixdə olacaq

Növbədənkənar sessiyanın ilk iclası bu tarixdə olacaq
Eye

Parlamentin növbədənkənar sessiyasının ilk iclası keçiriləcək.



Bakupost.az xəbər verir ki, sessiya çərçivəsində nəzərdə tutulan ilk plenar iclas iyunun 17-nə planlaşdırılıb.



İclasın gündəliyi haqqında ictimaiyyətə məlumat veriləcək.



Xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarova 77 deputatın tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2022-ci il iyunun 1-dən parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.



Sərəncama əsasən, növbədənkənar sessiyanın gündəliyinə daxil edilmiş məsələlər bitdikdən sonra Milli Məclisin növbədənkənar sessiyası işini yekunlaşdırmış hesab edilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar