Ru
12:11 / 05 Noyabr 2025

Ofelya Şabanova canlı yayımda elçilik etdi - VİDEO

Ofelya Şabanova canlı yayımda elçilik etdi - VİDEO
Eye

Müğənni Ofelya Şabanova canlı yayımda qardaşı üçün elçilik edib.

Bakupost.az xəbər verir ki, ifaçı "Kanal S"-də yayımlanan “Aysu ilə şou” verilişində aparıcı Aysunu qardaşına istədiyini açıqlayıb.

“Aysu, bir şey deyəcəm sənə, mən bunu gizlədə bilmərəm. Ailə quracaq yaşdasan, tez də istəmərəm, amma bu yaşda olar. Böyüklərimizdən üzr istəyirəm, amma elçiliyi birbaşa 10 milyonun qarşısında edirəm. Mən çox istəyərdim ki, qardaşımın xanımı olasan. Həqiqətən Aysudan çox xoşum gəlir, çox mədəni bir xanımdır. Ona görə də gizlədə bilməzdim. İstəyərdim ki, Aysu mənim gəlinim olsun”, - deyə o qeyd edib.

Aparıcı Aysu isə buna ayrıca cavab verəcəyini bildirib.

Lalə, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar