Ru
11:13 / 21 Fevral 2024

Ölüm və müəllim...

11789

Pərviz Ağalarov



Gəlin müəllim işləyin, canımçün.


Belə çox rahhhat, sakit, əsəbsiz, stressiz, heç bir məsuliyyət tələb etməyən, pulu da sel kimi gələn sənətdir.

Valideynlik deyil ki, zülüm çəkəsən: gətirdin, qoydun məktəbə, axşam da götürdün.
Müəllim olmağa nə var ki ?!

Nədir ki, bəyəm: iki -üç uşaq deyil ki, öhdəsindən gələ bilməyəsən. Sayları bir gün üçün 60-70, bəzən 80-100 olur.

Qəşəng dərs keçirsən. Onlar da ki, nəmxuda, hamısı quzu balası, millətimin balalarına qurvan olaram.
-sakit , lal-dinməz, düşüncəli, sanki lap konfutsi təlimi görmüş , dao ilə ilhamlanmış , Məzdadan nur almış, Buddanın meditativ tərbiyəsindən keçən uşaqlardır.

Dərsini keç, havayı pulunu də qazan dəə !

Doğrudur bir balaca, lap xırda eee, lap yüngül əziyyətləri də var: yazı, pozu, jurnal, qələm-dəftər, sinif iclasları, hesabatlar, testlərin hazırlanması, yoxlanılması, ksq, bsq, tədbirlər, yarışlar, olimpiadalar,....... nə bilim , bu tipli biri-iki sər-səheh yüngül şeylər yəni.
Yola vermək olar vallahi.

Hərdən də görürsən ki, üstünə gözəl valideynlər gəlir. Gəlir ki, "kimsən əəə, mənim uşağıma "4"yazmısan, sən öl başına elə oyun açaram: düüüüz TN-nə qədər gedəjəm, bu işi belə qoymaram !
Ə məəm uşağım 1 ci sinifdən əlaçıdır eee"!

Valideyndir də deyir, qoy desin. Dünya dağılmadı ki?! Yazıqdılar, əziyyət çəkirlər, övladları üçün narahatdırlar, baxmayın.. müəllim kimi rahat bəndə deyillər axı !

Ya da nə bilim, olur ki, gül kimi tərbiyəli, saf, heç söyüş zad belə bilməyən uşaqlar dərsdən, məktəbdən çıxıb küçədə yüngülcə dalaşırlar, zarafata bir -birlərinə Azərbaycan dili və ədəbiyyat müəllimlərindən öyrəndikləri söyüşlər söyürlər, idman müəllimindən öyrəndikləri şillə-təpik vururlar. Yüngülcə e, elə belə. Tamaşa kimi yəni. Sonra da bu tamaşanı məktəbin alıb verdiyi ucuz ayfon 14 pro ilə çəkib İKT müəllimlərindən öyrəndikləri təqdimat kimi paylaşırlar. Yenə zarafata haaa, bildiyiniz məqsəd ilə yox. Axı valideynləri onlara gül kimi tərbiyə verib!

Düzdür, belə hallarda bəzi ağzıgöyçəklər çıxıb məktəbi, müəllimləri yıxıb sürüyəcək, təhqir edəcək.
Hə noolsun, nədi ki, boş şeydi, əsəbləri sakitləşəndən sonra hər şey düzəlir, deyilmi?!
Vejinizə də almayın...keçəcək.

Bir az da çox danışmaq qayğısı var. Çox deyib, sizi qorxutmayım, səhər saat 8 dən, axşam saat 7 yə. Azca yəni, çox yox.

....daş daşımırsan, ev tikmirsən, ot çalmırsan, heyvan otarmırsan, odun doğramırsan, küçə süpürmürsən.

Rahat sənətdir, çox rahat.
Gəlin müəllim olun.
Ölüm deyil ki, müəllimlikdir....

P.s. heç indiyədək fikir verməmişdim ki, ölüm və müəllim sözü bir-birinə nə qədər yaxın imiş. Hər iki sözdə elə iki samit, "ləm" və "mim" iştirak edir.
Müəllimini öldürən cəmiyyət özü də ölümə məhkumdur.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər