“İranda keçirilən seçkilər bir ssenaridir. Hər dəfə yeni bir ssenariylə meydana çıxırlar. Budəfəki seçkilərdə Səid Cəlili və Məsud Pezeşkian sona qaldı. Biz əvvəldən demişdik ki, Cəlilinin prezident seçilməsi mümkündür, amma o, prezident olmayacaq. Pezeşkianın seçilməsi isə milli hərakatın güclənməsinin qarşısını almaq, etirazları azaltmaq məqsədi daşıyır”.
Bunu Bakupost.az -a açıqlamasında Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, qurumun Güney Azərbaycan nümayəndələyinin rəhbəri Babək Muğanlı deyib.
Onun fikrincə, İran rejimi Pezeşkianı prezident seçməklə türkləri sakitləşdirmək istədi:
“Pezeşkianın gəlib “Heydər baba” şerini oxumasıyla onun kim olduğunu bildilər. O, hakimiyyətə gəldi, amma heç bir vəd vermədi. Prezident siyahısını təqdim edəndə deyir, içəridə olan mafiya imkan vermir ki, biz işlərimizi görək. Ancaq bir nəfər çıxıb demir ki, mafiyanın başçılarından biri elə sən özünsən. Yəni o mafiyanın içində olan adamsan. Ali dini lider Xamenei "hə" deməsə, nazirləri seçə bilməzsən".
B.Muğanlı Pezeşkianın kadr siyasətini də tənqid edib:
"Etnik qrupların haqlarının bərpa olunması vəzifəsinə milliyyətcə kürd olan Cəlali adlı adamı qoydu. Türklərdən nazir və müavin daim olub. Onların çoxu sapı özümüdən olan baltalardır. Burda heç bir türkçülükdən söhbət gedə bilməz. Pezeşkianın heç bir ciddi səlahiyyəti də yoxdur. Milləti sakitləşdirmək istiqamətində səkkiz ildir davam edən oyunların başında Pezeşkian özü durub. O, 45 ildə gördüyüm yeganə prezidentdir ki, həm savadlı, həm ağıllı, həm sözünün yerini bilən, həm də milləti aldatmağa gücü olan prezidentdir. Ondan bizim xalqımıza heç bir xeyr gəlməyəcək”.
Vasif
BakuPost
İran cəsus, təxribatçı mollalarını ölkəmizdən çıxarsın onun başqa köməyi bizə lazım deyil.
Bunlar başlarına fars dərisi geydirilib manqurtlaşdırılmış azərilərdir. Bunun molla kimi rəvayət danışdığını başa düşmək İran siyasətindən az çox baş çıxaranlar bilirdilər. Əlqərəz çox çəkməz bunun da tam açılar. Cəhənnəm olsun. İran özü bilər. Bizə isə belə manqurtdan yaxşı nəsə gözləməyə dəyməz. Ancaq pislik olacağına şübhəm yoxdur