Ru
14:31 / 28 Sentyabr 2023

“Ordubadın Zəfər zirvəsi” adlı kitabın təqdimatı keçirildi - FOTO

16021
27 Sentyabr – Anım Günündə muxtar respublikanın Ordubad rayonunda Yəyha Babanlının Vətən müharibəsində şəhadət zirvəsinə ucalan Vətən oğullarına həsr etdiyi “Ordubadın Zəfər zirvəsi” adlı kitabının təqdimatı olub.

Rayon icra hakimiyyətindən Bakupost.az -a bildirilib ki, tədbirdən əvvəl Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Ali Məclisdə rayonu təmsil edən deputatlar, hüquq-mühafizə orqanlarının rəhbərləri və bir sıra rayon ziyalısı Ordubad şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin ruhuna dualar oxunub.

Sonra rayon Mədəniyyət Sarayında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon icra hakimiyyətinin başçısı çıxışında müstəqilliyimiz uğrunda aparılan mübarizədən, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti ilə hələ 1990-cı illərdə bugünkü Zəfərin təməlinin qoyulmasından, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun şücaəti ilə 30 illik erməni işğalına, 28 illik Şuşa nisgilinə son qoyulmasından danışıb. Rəcəb Rəhimli Vətən müharibəsindən sonra Qarabağ iqtisadi zonasında, eləcə də, ölkə üzrə inkişaf konsepsiyasının, işğaldan azad edilmiş ərazilərdə dirçəlişin iqtisadi aspektlərinin, həmçinin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı sahəsində Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin dövlətimizin ən mühüm strateji vəzifələrindən olduğunu qeyd edib.

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərlinin, Azərbaycan Respublikasının Əməkdar müəllimi Könül İsmayılovanın, “Tusi” Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin sədri Yəyha Babanlının çıxışları dinlənilib. Çıxış edənlər ölkəmizin Vətən müharibəsində qazandığı Qələbə ilə bağlı fikirlərini bölüşüb, tarixi Zəfərin xalqımızda yaratdığı qürur hissindən bəhs ediblər.

Sonda Yəyha Babanlının Vətən müharibəsində şəhadət zirvəsinə ucalan Vətən oğullarına həsr etdiyi “Ordubadın Zəfər zirvəsi” adlı kitabının təqdimatı olub.

Ordubad rayonunda Anım Günü ilə bağlı Dəstə kəndində də tədbir keçirilib, Azadkənd, Darkənd, Düylün, Dırnıs, Unus kəndlərində şəhid məzarları ziyarət olunub.
“Ordubadın Zəfər zirvəsi” adlı kitabın təqdimatı keçirildi -  FOTO
“Ordubadın Zəfər zirvəsi” adlı kitabın təqdimatı keçirildi -  FOTO
“Ordubadın Zəfər zirvəsi” adlı kitabın təqdimatı keçirildi -  FOTO
“Ordubadın Zəfər zirvəsi” adlı kitabın təqdimatı keçirildi -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər