Ru
16:21 / 30 Mart 2023

"Ordumuz 30-35 kilometrlik ərazini nəzarətə götürüb" - Açıqlama

5455
“Bu, böyük bir ərazidir. Təxminən 30-35 kilometrlik bir ərazidən söhbət gedir. Nəzarət altında alınan bu ərazilər əsas və yardımçı yollardan qeyri-qanuni daşınmaların qarşısını alacaq. Separatçılar hər hansı yükün aparılıb-gətirilməsinə cəhd edə bilməyəcək. Əlbəttə ki, Dövlət Sərhəd Xidməti də lazımi işləri həyata keçirəcək”.




Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov Bakupost.az -a Azərbaycan ordusunun yeni yüksəkliklərin nəzarətə götürməsi ilə bağlı danışarkən deyib.


Ü.Cəfərov bildirib ki, bu yüksəkliklərin nəzarətə alınması sayəsində böyük bir ərazidə təhlükəsizlik təmin olunacaq:


“İnsanlar Laçına, öz kəndlərinə köçməlidirlər. Ona görə də həmin insanların təhlükəsizliyi təmin edilməlidir. Əgər ermənilər gəlib orada rahat davranacaqsa, onda biz də adekvat tədbir görməliyik. Bu tədbirlərdən biri olaraq da həmin yüksəkliklər Azərbaycan ordusu tərəfindən nəzarətə götürülüb. Hər hansı təhlükə yaranarsa, sözüz ki, qabaqlayıcı tədbirlər həyata keçirəcəyik”.

Aynur İbrahim
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər