Ru
20:02 / 05 İyun 2024

Ötən ay Cəlilabadda 2 nəfəri əqrəb, 2 nəfəri isə ilan sancıb

Ötən ay Cəlilabadda 2 nəfəri əqrəb, 2 nəfəri isə ilan sancıb
Eye

Ötən ay Cəlilabadda 2 nəfəri əqrəb, 2 nəfəri isə ilan sancıb.

Bakupost.az xəbər verir ki, bu barədə "Report"a Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Qeyd olunub ki, may ayı ərzində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə 4 nəfər müxtəlif heyvanların sancması səbəbilə müraciət edib.

1983-cü il təvəllüdlü (kişi cinsli) şəxs və 2009-cu il təvəllüdlü (kişi cinsli) şəxs əqrəb sancması, 2022-ci il təvəllüdlü (qadın cinsli) şəxs, 1996-cı il təvəllüdlü (kişi cinsli) şəxs isə ilan sancması səbəbilə müraciət edib.

Onlara zəruri tibbi yardımlar göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar