Ru
10:11 / 26 Sentyabr 2022

Ötən ay şəhid olan Anarın anası vəfat etdi - FOTO

Ötən ay şəhid olan Anarın anası vəfat etdi - FOTO
Eye

Azərbaycan Ordusunun avqust ayında şəhid olan əsgəri Kazımov Anar Rüstəm oğlunun anası Alıyeva Səyyarə Murtuzalı qızı vəfat edib.


Şəmkir rayon İcra Hakimiyyətindən Bakupost.az -a bildirilib ki, Alıyeva Səyyarə ötən gün Gəncə şəhərində Abbas Səhhət adına xəstəxanada əməliyyat olub. Əməliyyatdan bir neçə saat sonra onun vəziyyəti pisləşib və dünyasını dəyişib.

Qeyd edək ki, Anar Kazımov 16.02.2004-cü ildə rayonun Qaracəmirli kəndində doğulub. O, bu ilin aprel ayında Şəmkir hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. Avqustun 3-ü şəhid olub.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar