Ru
11:48 / 23 May 2024

“Pain and Joy of My Soul” kitab-almanaxı çapdan çıxdı

10365
“Pain and Joy of My Soul” kitab-almanaxı çapdan çıxıb.


Bakupost.az xəbər verir ki, “Mədəni İnkişafın Təbliği” İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə yardımı ilə “Dünyada biz” layihəsini uğurla davam etdirir.

Layihədə nəzərdə tutulan “Pain and Joy of My Soul” ("Ruhumuzun ağrısı və sevinci") kitab-almanaxı bu günlərdə çapdan çıxıb.

Kitabın rəssamı Zahir Məlikli, tərcüməçilər İan Pert, Kamran Nəzirli, Ülviyyə Şaqavatovadır. Kitabda Xatirə Fərəclinin ingilis dilinə tərcümə edilmiş şeirləri dərc olunub. Kitabın redaktoru Samirə Şaqavatovadır.

“Dünyada biz” layihəsinin məqsədi Azərbaycanımızı, onun ədəbi və mədəni irsini dünyaya daha yaxından tanıtmaqdır. İngilisdilli oxucular üçün nəzərdə tutulmuş kitab-almanaxın təqdimatı 24 may, saat 14.00-da Azərbaycan Yazıçılar birliyinin Natəvan klubunda keçiriləcək, qalan kitablar isə kitabxanalara paylanılacaq.

Məlumat üçün qeyd edək ki, layihənin icra müddəti 2 ay (01.04-31.05.2024) olmaqla Bakı və Sumqayıt şəhərlərində həyata keçirilməsi nəzərdə tutulub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar