Ru
17:45 / 18 Mart 2024

Pakistan Əfqanıstanla sərhəddə antiterror əməliyyatı keçirdi

1337
Pakistan ərazisinin atəşə tutlmasına cavab olaraq Əfqanıstanın sərhəd bölgələrində antiterror əməliyyatları keçirib.

Bakupost.az TASS-a istinadla xəbər verir ki, bu barədə Respublika Xarici İşlər Nazirliyi məlumat yayıb.

Departamentin saytında dərc edilən bəyanatda deyilir:

“Bu səhər Pakistan Əfqanıstanın sərhəd bölgələrində antiterror əməliyyatları keçirib. Bugünkü əməliyyatın əsas hədəfi “Təhrik-i-Taliban Pakistan” qruplaşması ilə birlikdə Pakistanda çoxsaylı terror aktlarına görə məsuliyyət daşıyan Hafiz Gül Bahadur qruplaşmasının terrorçuları olub. Həmin terror aktları nəticəsində yüzlərlə mülki şəxs və hüquq-mühafizə orqanlarının əməkdaşı həlak olub”r.

Pakistan XİN-dən bildirilib ki, terrorçular respublikanın təhlükəsizliyinə ciddi təhlükə yaradır:

"Pakistan Əfqanıstanın suverenliyinə və ərazi bütövlüyünə böyük əhəmiyyət verir. Biz dəfələrlə Əfqanıstan hakimiyyətini ərazilərindən Pakistana qarşı terrorizm üçün plasdarm kimi istifadə edilməməsi üçün konkret tədbirlər görməyə çağırmışıq".

Martın 18-nə keçən gecə Pakistan Hərbi Hava Qüvvələri iki ölkənin sərhədi yaxınlığında yerləşən Ləman (Paktika vilayəti) və Pasa Mella (Xost vilayəti) yaşayış məntəqələrinə zərbələr endirib. Taliban hökumətinin sözçüsü Zabihullah Mücahid hücum zamanı 3-ü uşaq olmaqla azı 8 nəfərin öldürüldüyünü bildirib.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər