Ru
14:35 / 04 Noyabr 2023

Pakistanda hərbi bazaya terror hücumu: 3 təyyarə zədələndi

Pakistanda hərbi bazaya terror hücumu: 3 təyyarə zədələndi
Eye

Pakistanın Mianvali şəhəri (şimal-şərqi Pəncab əyaləti) yaxınlığında hərbi hava qüvvələri bazasına terror hücumu nəticəsində 3 təyyarə və bir yanacaqdaşıyan maşın zədələnib.

Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr üzrə Xidmətlərarası İdarəsi (ISPR) məlumat yayıb.

Xəbərə görə, üç terrorçu “bazaya daxil olmağa cəhd edərkən məhv edilib, daha üç terrorçu hərbçilərin çevik reaksiyası nəticəsində mühasirəyə alınıb. Onların zərərsizləşdirilməsi əməliyyatı yekunlaşır.

Hücuma görə məsuliyyəti Pakistan hökumətinə qarşı çıxan və ölkədə “əsl İslam dövləti”nin yaradılması uğrunda mübarizə aparan “Təhrik-i-Cihad Pakistan” terror qruplaşması öz üzərinə götürüb.

Bundan əvvəl terrorçular Bəlucistan və Xeyber-Paxtunxva əyalətlərinə bir neçə hücum həyata keçiriblər. Onlar Qvadar rayonunda (Bəlucistan) təhlükəsizlik qüvvələrinin karvanına hücum edib və Dera İsmayıl Xan şəhəri yaxınlığında partlayıcı qurğunu uzaqdan işə salıblar. ISPR-nin məlumatına görə, 17 əsgər həlak olub, 24-ü yaralanıb.

Zaur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar