Ru
09:46 / 01 Fevral 2025

Qəbələdə 2 maşın toqquşdu: 1 ölü, 4 yaralı

Qəbələdə 2 maşın toqquşdu: 1 ölü, 4 yaralı
1339

Qəbələdə ölümlə nəticələnən yol qəzası olub.

Bakupost.az Lent.az-a istinadla xəbər verir ki, hadisə yanvarın 31-də saat 20 radələrində Tövlə kəndində baş verib.

“VAZ-2106” və “VAZ-2101” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2106”da olan sərnişin 67 yaşlı Ehsan Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişin - 49 yaşlı Müslüm Soltanov və sürücü 56 yaşlı Emin Muşdaqov xəsarət alıb. Həmçinin digər avtomobilin sürücüsü, 30 yaşlı Aqasif Qəribli və sərnişini - 23 yaşlı Elnur Cəbrayılov xəsarət alıblar.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Qəbələ rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar