Ru
10:44 / 13 May 2024

"Paşinyan İrəvanda baş verənləri Rusiya ilə razılaşdırıb" - Tofiq Zülfüqarov

2674
“Ermənistan hər kəsə, xüsusilə Qərbə göstərmək istəyir ki, guya Rusiya ilə münasibətləri korlanıb. Bu yolla da Qərbdən iqtisadi yardım, maliyyə alır. Əslində isə vəziyyət tamamilə başqadır. Hazırki vəziyyətdə Rusiyaya da bu görüntü lazımdır. Ona görə ki, hər zaman Ermənistanı maliyyə ilə təmin edən Rusiya indi bunu edə bilmir. Çünki müharibə aparır, özünün ehtiyacları var. Bu səbəbdən də Moskva İrəvanla qeyri-rəsmi razılaşma əldə edib, oyun oynayıb, gözdən pərdə asır ki, Ermənistan Qərbdən yardım, pul ala bilsin”.

Bakupost.az xəbər verir ki, bunu politoloq Tofiq Zülfüqarov deyib.

O qeyd edib ki, Paşinyanla Putin arasındakı görüş və verilən bəyanatlar təhliləri doğruldur:

“Baxın, Putin-Paşinyan görüşündə, Aİİ-nin iclasında bəyan edildi ki, Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi artıb. Bəyan etdilər ki, bu rəqəm 9 milyarda çatdırılmalıdır. Əgər ortada düşmənçilik varsa, tərəflər arasında ticarət dövriyyəsi necə arta bilər? Bu mümkün deyil axı. İndi Ermənistan Rusiyanın sanksiyalarından yan keçməsi üçün əsas tərəfdaşlardan biridir. Bu halda, demək olar ki, Ermənistanla Rusiya arasında münasibətlər korlanmayıb, yaxşıdır".

Sevinc,
BakuPost
Şərhlər
  • N.Seyfeli.

    Onda, bele cixir ki, bir muddetden sonra, qarabag ermenileri geriye donushu teleb olunacaq ve rusiya da yeniden onlarin tehlukesizliyi ucun regiona qayidacaq? Agla batandir, Allah hec xeyr vermesin!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər