Ru
09:34 / 18 İyul 2025

Paşinyandan mühüm tarixi AÇIQLAMA

Paşinyandan mühüm tarixi AÇIQLAMA
Eye

Baş nazir Nikol Paşinyan bəzi komanda yoldaşlarına bildirib ki, Ermənistan böyük ehtimalla gələn ilin fevralında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından "KTMT) çıxacaq.

Bakupost.az modern.az-a istinadla xatırladır ki, ötən ilin fevralında o, Ermənistanın təşkilata üzvlüyünü dondurduğunu açıqlayıb.

Və bundan əvvəl də aylardır hakimiyyətin müxtəlif nümayəndələri KTMT-ni öhdəliklərini yerinə yetirmədiyinə görə tənqid edir, üzvlüyün dondurulmasının səbəbinin bu olduğunu bildirirdilər.

Paşinyanın sözlərinə görə, 2023-cü ilin sentyabrından Ermənistan KTMT proseslərində iştirakını dayandırıb.

Nikol Paşinyan keçirdiyi son mətbuat konfransında KTMT ilə bağlı danışarkən bildirib ki, münasibətləri dondurmaqdansa, Ermənistanın KTMT-dən çıxması ehtimalı daha çoxdur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar