Gecə ərzində Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Domodedovo, Krasnoqorsk, Solneçnoqorsk, Serqiyev Posad və Mojaysk dairələri üzərində ümumilikdə 11 dron vurulub.
Bakupost.az xəbər verir ki, bu barədə şəhərin qubernatoru Andrey Vorobyov özünün Telegram kanalında məlumat verib.
Dronların əksəriyyəti hədəfə çatmamış məhv edilib, ciddi nəticələrin qarşısı alınıb.Sakinlər arasında xəsarət alan olmayıb. Bəzi fərdi yaşayış evlərinə ziyan dəyib.
Belə ki, Serqiyev Posad şəhər dairəsində, “Ryazantsı” kottec qəsəbəsində iki fərdi evin fasadları və şüşələri zədələnib.
Solneçnoqorskda, Maryino kəndində ev 6 ünvanında yerləşən fərdi evin hasarı, divarının bir hissəsi və pəncərə konstruksiyaları dağılıb.
Hadisə yerlərində bütün xidmətlər işləyir, əmlakına ziyan dəymiş sakinlərə yardım göstəriləcək.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, dünən gecə saat 23:00-dan iyulun 18-i saat 07:00-a qədər ümumilikdə 73 ədəd Ukraynaya məxsus təyyarə tipli PUA məhv edilib.
Ən çox PUA (31 ədəd) Bryansk vilayəti üzərində vurulub. Daha 17-si Orloy vilayətində, 10-u isə Moskvda məhv edilib. Bundan əlavə, dörd pilotsuz uçuş aparatı Krım, üçü Azov dənizi, ikisi Smolensk və Nijniy Novqorod vilayətləri, Belqorod, Kaluqa və Voronej vilayətləri ilə Qara dəniz üzərində vurulub.
Lalə,
BakuPost