Ru
10:11 / 18 İyul 2025

Ermənistanın “müdafiəçisi" Sübhanidən yeni AÇIQLAMA

Ermənistanın “müdafiəçisi" Sübhanidən yeni AÇIQLAMA
Eye

“Biz Ermənistan, Azərbaycan və Türkiyə arasında münasibətlərin normallaşması prosesini alqışlayırıq. Kommunikasiyaların açılması məsələsinə münasibətimiz yaxşı məlumdur. Proseslər tərəflərin suverenliyinə tam hörmət əsasında həyata keçirilməlidir”.

Bakupost.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu İranın bu ölkədəki səfiri Mehdi Sübhani deyib.

“Ermənistanın xarici siyasətinin şaxələndirilməsini onun təbii haqqı kimi qiymətləndiririk. Bu addımı İrana qarşı yönəlmiş bir hərəkət hesab etmirik. Ermənistan suveren dövlətdir və biz ona xarici siyasətini necə qurmaq barədə göstəriş verə bilmərik. Bununla belə, ümid edirik ki, Ermənistanın digər ölkələrlə münasibətlərinin inkişafı eyni zamanda İranla münasibətlərinin möhkəmlənməsinə də töhfə verəcək.

Biz gözləyirik ki, Ermənistan-Avropa əlaqələrinin dərinləşməsi Ermənistan-İran münasibətlərinə də müsbət təsir göstərəcək. Ermənistan hökuməti bizi əmin edib ki, onun xarici siyasət əlaqələrinin inkişafı İrana qarşı yönəlməyib və biz bu təminatlara inanırıq. Ermənistan İranla dostluğa böyük əhəmiyyət verir.”

Qeyd edək ki, Mehdi Sübhani tez-tez Azərbaycana qarşı təxribatçı çıxışları ilə gündəmə gəlir.

Aysel,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar