Ru
11:14 / 18 İyul 2025

Vəzifəli şəxslər qucaqlaşarkən kameraya düşdülər – VİDEO

Vəzifəli şəxslər qucaqlaşarkən kameraya düşdülər – VİDEO
Eye

Amerikanın məşhuir texnologiya şirkəti “Astronomer”in baş direktoru Endi Bayron, Bostonda keçirilən Coldplay qrupunun konserti zamanı şirkətin HR rəhbəri Kristin Kebotla qucaqlaşarkən təsadüfən görüntülənib.

Bakupost.az xəbər verir ki, “The Sun” nəşrinin yazdığına görə, həmin anlarda Bayronun evində onu həyat yoldaşı və iki uşağı gözləyirmiş.

Görüntülərdə Bayronun Kebotla qucaqlaşdığı görünür, lakin kamera onlara tuşlandıqdan sonra o, özünü baryerin arxasında gizlətməyə çalışır. Şok vəziyyətində olan qız əlləri ilə üzünü örtür.

“Gillette” stadionunda toplaşan minlərlə insan bu səhnəni gülüşlə qarşılayıb. Qrupun solisti Kris Martin isə zarafatla belə deyib:

"Ohoo... ya onlar arasında gizli münasibət var, ya da çox utancaq insanlardır."

Aysel,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar