Ru
17:53 / 15 Mart 2023

Paşinyandan ziddiyyətli fikirlər: İrəvan nəyə nail olmaq istəyir? - Şərh

1785
“Paşinyan son mətbuat konfransında ziddiyyətli fikirlər səsləndirdi. O, bir tərəfdən Azərbaycanla münasibətlərin normallaşmasının tərəfdarı olduğunu deyir, digər tərəfdən isə biziguya Ermənistana ərazi iddiaları irəli sürməkdə ittiham edir".



Bunu Bakupost.az -a açıqlamasında siyasi ekspert Oqtay Qasımov bildirib.

Onun sözlərinə görə, Paşinyanın məqsədi diqqəti əsas məsələlərdən yayındırmaqdır:

"O demək istəyirdi ki, guya sülh müqaviləsi ilə bağlı Ermənistan güzəşt etdikcə Azərbaycanın ərazi iddiaları artır, Laçın yolunda blokada tətbiq edilir, Qarabağda humanitar böhran yaradılırr və guya etnik təmizləmə siyasəti həyata keçirilir. O, bu cür cəfəng fikirlər irəli sürərək diqqəti əsas məsələlərdən yayındırmağa çalışır. Əksinə, dünənki mətbuat konfransı göstərdi ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyib".

Politoloq qeyd edib ki, Ermənistan məhz Qarabağ ermənilərinin məsələsinin sülh müqaviləsində əks olunmasına cəhd göstərir:


"Bu isə prosesin pozulması deməkdir. Çünki Azərbaycan Ermənistana sadə variantda 5 bənddən ibarət təkliflər göndərib. Bunun əsasında sülh müqaviləsinin imzalanmasını təklif edib. Paşinyan sülh müqaviləsi ilə bağlı fevralda Azərbaycana göndərdiyi təkliflərin altına imza atmağa hazır olduğunu bildirib. Bütün məsələlərin kökündə dayanan problem Paşinyanın dünən dəfələrlə altını çızdıgı Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizlik məsələsidir. Guya Azərbaycan bu məsələlərlə bağlı konstruktiv mövqe sərgiləmir".

Politoloq bildirib ki, Ermənistan üçün prinsipial məsələ sadəcə olaraq, Rusiya, İran və Fransanın Azərbaycana təzyiqi ilə proseslərdən yayınmaqdır:


“Ziddiyyətli açıqlamalarından biri də odur ki, guya 2021-ci ilin 14 dekabrında Brüsseldə keçirilən görüşdə tərəflər kommunikasiyaların açılması ilə bağlı razılığa gəliblər, amma sən demə, Azərbaycan bunu sonradan yerinə yetirməyib. Bu da cəfəngiyyatdır. Çünki Azərbaycan Horadizdən Mehri sərhəddinə qədər tikintisini çox sürətli şəkildə həyata keçirilən dəhlizi qurur. O cümlədən ölkəmiz avtomobil yolu çəkilişi üçün səy göstərir. Ermənistan tərəfi də məhz o görüşdən sonra guya Mehridən dəmir yolunun bərpası üçün 200 milyon dollar vəsait lazım olduğunu bildirərək buna tərəfdar olduğunu söylədi. Amma bu günə qədər nə o işin görülməsi üçün pul ayrılıb, nə də o işə başlanılıb. Ermənistan sadəcə, özü üçün əlverişli zamanın gəlməsini gözləyir”.

Əfsanə Rəcəb
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin


Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər