Ru
14:30 / 16 Mart 2023

Paşinyanın müharibə xəbərdarlığı, Qarabağda SSRİ bayrağı, 4 minlik şiə ordusu... - Nə baş verir? - ŞƏRH

17560
Son vaxtlar Ermənistanın Azərbaycanla sərhəddə və Qarabağda hərbi təxribatları intensivləşib. Üstəlik, düşmən ölkənin baş naziri Nikol Paşinyan eskalasiyanın genişlənəcəyi təhlükəsinin olduğunu bildirib.

Paralel olaraq, İranın bölgədə fəallaşdığı da diqqətdən yayınmır. Hətta ötən gün “Türkiyə” qəzeti İranın Qarabağı "ikinci Suriya"ya çevirmək üçün 4000 nəfərlik şiə hərbi qrupıaşmasını bölgəyə göndərmək istədiyi barədə xəbərdarlıq edib. Bu arada Qarabağdakı Rusiyanın hərbi kontingentinin də öz səlahiyyətlərini aşdığı müşahidə olunur. Rusiya "sülhməramlıları" bir tərəfdən bölgəyə silah daşıyan ermənilərə məxsus hərbi karvanları müşayiət edir, digər tərəfdən Qarabağda rus sərkərdələrinə abidə qoyur, Xocalıdakı qərargahda sovet generallarının portretlərini asır, Turşsuda SSRİ-nin bayrağını qaldırır.






Bütün bu fəaliyyətlərin arxasında nə dayanır? Regiondakı hərəkətlənmə Azərbaycan üçün nə vəd edir?


Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov bildirib ki, İrandakı radikal dairələrin hər zaman Azərbaycana qarşı müxtəlif planları olub. Lakin bu planlar nəzarət altındadır:

"Azərbaycan Türkiyənin dəstəyi ilə bu planlara qarşı lazımi addımları atacaq. Ermənistana gəlincə, Paşinyan son mətbuat konfransında Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağla bağlı müxtəlif ziddiyyətli fikirlər səsləndirdi. Onun bu açıqlamaları göstərir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanımaq kimi bir mövqedə deyil. Paşinyan Azərbaycan və Ermənistan arasındakı ümumi məsələlərə də toxundu. Ermənistanın çoxtərəfli sənədlərdə Azərbaycan ərazi bütövlüyünü tanıması haqda artıq bəyanatlar mövcuddur. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və Almatı bəyannaməsinə istinadən verilən bəyanatlar buna misal ola bilər. Amma biz yaddan çıxarmamalıyıq ki, bunlar çoxtərəfli sənədlərdir".

T.Zülfüqarov hesab edir ki, çoxtərəfli sənədlərdə Azərbaycanla bağlı səslənən fikirlər nisbi xarakter daşıyır:

"Çünki həmin sənədlərə istinadən demək olar ki, Ermənistan Tacikistan və ya Qırğısıztanın da ərazi bütövlüyünü tanıyır. Amma nəzəə almaq lazımdır ki, Ermənistanla Azərbaycan arasında münaqişə var. Bu ölkə Azərbaycana qarşı ərazi iddiaları irəli sürür. Bunu nəzərə alaraq gələcək sülh sazişində mütləq ərazi bütövlüyü və suverenliklə bağlı bir bənd olmalıdır. Yəni, Ermənistan ikitərəfli sənədlərdə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanımalı və ona hörmətlə yanaşmalıdır. Çünki biz görürük ki, onun mətbuat konfranslarında səsləndirdiyi fikirlər bu yöndə deyil. Sülh sazişinin bağlanmasında bir çox problemlər var. Əsas məsələ ondan ibarətdir ki, Ermənistan bu sənəddə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanısa belə, buna əməl etməsi problem olaraq qalacaq. Çünki Ermənistanın bu və ya digər öhdəliklərə münasibəti bizə çox yaxşı bəllidir”.

Rusiyanın son addımlarına gəlincə, Tofiq Zülfüqarov qeyd etdi ki, əslində bu, ölkə hazırda zəif vəziyyətdədir:

"Bu da bizim hansısa siyasi maraqlarızı təmin etmək baxımından daha geniş fürsət yaradır".


Sabiq nazirin sözlərinə görə, həm Rusiya, həm də Qərb Azərbaycana münasibətdə eyni mövqedədir:

"Çünki biz Fransa Senatının, Almaniya kanslerinin bəyanatını və s. görmüşük. Azərbaycan yaxşı başa düşür ki, bu iki qüvvə arasında daim rəqabət mövcuddur. Ona görə də bu rəqabəti öz xeyrinə istifadə edib və indi də edir. Hesab edirəm ki, proseslərə geniş baxmalıyıq. Rusiyanın Qarabağda bayraq qaldırması və heykəllərin qoyulması hansı fonda baş verir? O fonda baş verir ki, Rusiya Ukrayna müharibəsində ciddi şəkildə zəifləyib. Bu isə o deməkdir ki, Rusiyanın Azərbaycana təzyiq mexanizmləri azalır. Bu baxımdan bizim taktiki gedişlərimiz müxtəlif olmalıdır. İstər Rusiya, istərsə də Qərbdən öz xeyrimizə olan məsələlərdə istifadə etməliyik. Bir sözlə, bu məsələdə "ilanın ağına da, qarasına da.." məsələsini hər ikisinə aid etməliyik və öz addımlarımızı atmalıyıq".


Əfsanə Rəcəb
BakuPost
Şərhlər
  • Camal

    rusiyadan soruşulubmu bu heykəlcikləri Qarabağda niyə podiuma çıxarmısan. Bəlkə ermənistanda podiuma çıxarılmış njdenin acığına edir...

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər