Ermənistanın baş naziri Nikol Paşinyanın göstərişi ilə ölkəyə girişi qadağan edilən Erməni İnqilab Federasiyasının (Daşnaksütyun) büro Murad Papazyan dünən Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
Bakupost.az xəbər verir ki, bu barədə erməni Teleqram kanalları məlumat yayıb.
"Fransanın Erməni Təşkilatları Koordinasiya Şurasının (CCAF) həmsədrləri Ara Toranyan və Murad Papazyan Yelisey sarayında qəbul zamanı Qarabağdakı vəziyyəti, eləcə də Ermənistanın ərazi bütövlüyünə təhdidlər barədə Fransa prezidentini məlumatladırıblar", - deyə xəbərdə bildirilir.
Zaur
BakuPost