Ru
10:17 / 23 Sentyabr 2022

Payızda bunları edin - Mütəxəssislərdən tövsiyə

2354
Artıq bu gündən ölkəmizə payız fəsli daxil olub. Fəsil dəyişkənliyi ilə əlaqədar olaraq, bir çoxlarımız depressiv hallar yaşayırıq.

Mütəxəssislər yeni mövsümə keçidlə bağlı bir sıra məsləhətlər veriblər.


Bakupost.az bildirir ki, onlar plan qurmaq və mövcud planları gözdən keçirməyin yeni mövsümə keçiş üçün faydalı olduğunu deyiblər.


Şəhərdə aktiv çalışan insanlar üçün zamanı yaxşı planlamaq, həftə sonlarını və axşamları daha səmərəli keçirmək əhəmiyyətlidir. Rəqs, xarici dil, hərhansı bir çalğı alətində ifa etmək və müxtəlif istiqamətlərdə təhsilini ikişaf etdirmək payız mövsümünə uyğunlaşma müddətində xeyli köməyimizə çata bilər.

Klişe əyləncələrdə, məşhur məkanlardan uzaq durub öz zövqümüzə görə seçimlər etməliyik. Məşhur məkanlara getmək yerinə tərzimizə uyğun yeni yerlər kəşf etmək payız depressyasının qarşısını ala bilərf.


Qələbəlikdən uzaq durmaq, alış-verişi səhər saatlarına salmaq, yollardakı tıxaclardan qaçmaq və online alış-veriş payıza uyğunlaşma müddətində köməyinizə gələcək.


Qarşınıza qış boyu hansı kitabları oxumaq, nəzərdə tutduğunuz layihələri həyata keçirmək kimi hədəflər qoya bilərsiniz.


Günel
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər