Ru
18:00 / 19 Sentyabr 2022

Pelosini İrəvana gətirən iki əsas səbəb - Hikmət Babaoğlunun şərhi

Pelosini İrəvana gətirən iki əsas səbəb - Hikmət Babaoğlunun şərhi
Eye

"Pelosinin Ermənistana səfəri birdən çox məqsəd daşıyır. Şərti olaraq bu məqsədləri xarici və daxili olmaqla iki hissəyə bölə bilərik. Pelosi aralıq seçkilərdə öz əlini daha da gücləndirmək, yenidən spiker seçilmək və ABŞ-da olan ermənni lobbisinin dəstəyini qazanmaq üçün bu addımları ata bilər. O hesab edir ki, əgər belə bir dəstək əldə olunarsa, bu zaman Nümayəndələr Palatasında onun mövqeyi daha da güclənə bilər ".


Bu fikirləri Bakupost.az -a millət vəkili Hikmət Babaoğlu ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistan səfərindən danışarkən deyib.


Hikmət Babaoğlu bildirib ki, bu hesabların nə qədər düzgün olub-olmayacağını yəqin ki, seçkilərin nəticəsi göstərəcək:




"Nensi Pelosinin səfərini sadəcə bu faktorla izah etmək düzgün olmaz. Ona görə ki, bəzi ölkələr hələ də Cənubi Qafqazı öz geostrateji ambisiyalarının rəqabət bölgəsinə çevirməyə çalışır. Bu konteksdə yanaşsaq, deyə bilərik ki, ABŞ Nümayəndələr Palatası spikeri regiona birtərəfli səfər etməklə öz mövqeyini nümayiş etdirmiş olur. Kimin yanında olduğunu dünyaya göstərməyə çalışır. Bu da natamam siyasətdir. Çünki ABŞ-ın qurmağa çalışdığı dünya nizamı hələ qurulmayıb. Hələ bəlli deyil ki, bu nizam yaranacaq, yoxsa yaranmayacaq. Şübhəsiz ki, dünyanın hər yerində çoxqütblü multipolyar dünya nizamının olmasında maraqlı olan güclər var. Asanlıqla onların müqavimətini qırmaq və dünyanı qlobal dövlət adı altında bir vahid imperializmə tabe etmək mümkün deyil. Ona görə də hadisələrin bundan sonrakı gedişi, ABŞ-ın Cənubi Qafqaza münasibətdə yol verdiyi bu qeyri-proporsional siyasətin nə ilə nəticələnəcəyini bir müddət sonra görə biləcəyik. Bütün hallarda səfərdə Nensi Pelosinin səsləndirdiyi fikirlər əsassız, qeyri-obyektivdir. Azərbaycan heç bir ölkəyə qarşı təcavüz etməyib və dünyada ermənilərə qarşı soyqırımı törətməyib. Əksinə ermənilər Xocalıda Azərbaycan xalqına qarşı soyqırımı törədiblər. Nəyə görə 2 il əvvəl xanım Pelosinin yadına "soyqırımı" düşmürdü? Niyə Azərbaycanın ərazi bütövlüyünün pozulması haqqında bəyanat vermirdi? Yaxud Xocalı soyqırımı haqqında niyə bircə kələmə fikir səsləndirməyib? Belə olan halda ABŞ-ın Nümayəndələr Palatasının sədrinin İrəvana birtərəfli səfərinin nə qədər qərəzli olduğunu və orada səsləndirilən fikirlərin heç bir obyektiv əsasının olmadığını görürük. Azərbaycan o fikirlərin heç birini qəbul etmir".


Fəridə
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar