Ru
21:46 / 08 İyun 2026

Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR

Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
Eye

Azərbaycanda son illər sosial müdafiə tədbirlərinin genişləndirilməsi istiqamətində müxtəlif addımlar atılsa da, minimum pensiya alanlar, aztəminatlı ailələr və əlilliyi olan şəxslər üçün ödənişlərin artırılması məsələsi hələ də aktuallığını qoruyur.

Dövlət büdcəsinə əlavə gəlirlərin daxil olması və məvacib sistemində nəzərdə tutulan dəyişikliklər fonunda sosial həssas qrupların rifahının yaxşılaşdırılması üçün yeni qərarlar verilə bilərmi?

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı “Konkret.az”a danışan iqtisadçı Razi Abbasbəyli ölkədə aztəminatlı sosial təbəqənin əməkhaqlarının, pensiyalarının və digər sosial ödənişlərinin artırılması üçün iqtisadi imkanların mövcud olduğunu bildirib:

Onun sözlərinə görə, regionda baş verən hərbi qarşıdurmalar, Körfəz bölgəsindəki gərginlik və İran–ABŞ münasibətlərindəki qarşıdurma dünya bazarında neft qiymətlərinin yüksək səviyyədə qalmasına səbəb olub:

“Hazırda neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulan göstəricidən xeyli yüksəkdir. Bu isə həm neft gəlirlərinin, həm Dövlət Neft Fondunun daxilolmalarının, həm də ümumilikdə büdcə gəlirlərinin artmasına şərait yaradır. Proqnozlaşdırılmayan əlavə gəlirlərin formalaşması büdcəyə yenidən baxılması və sosial xərclərin artırılması imkanlarını genişləndirir”.

İqtisadçı hesab edir ki, ilin sonuna qədər minimum əməkhaqqı və minimum pensiya ilə bağlı artımların şahidi olmaq mümkündür:

“Hazırkı iqtisadi vəziyyət həm iri infrastruktur layihələrinin həyata keçirilməsinə, həm də sosial xərclərin artırılmasına imkan verir. Bu baxımdan minimum əməkhaqqı, minimum pensiya, sosial müavinətlər və digər sosial ödənişlərin artırılması üçün əlverişli şərait mövcuddur”.

R.Abbasbəyli qeyd edib ki, qanunvericiliyə edilən dəyişikliklər dövlət büdcəsinə il ərzində yenidən baxılması imkanını da genişləndirib:

“Artıq qanunvericilikdə dövlət büdcəsinə ildə ən azı bir dəfə yenidən baxılması mexanizmi nəzərdə tutulur. Bu, həm gəlir proqnozlarının, həm də xərclər üzrə maddələrin yenilənməsinə şərait yaradır. Belə dəyişikliklər çərçivəsində həm infrastruktur layihələrinin maliyyələşdirilməsi, həm də sosial xərclərin artırılması planlaşdırıla bilər. Azərbaycan hökumətinin bunun üçün kifayət qədər maliyyə imkanları var”.

Ekspert əlavə edib ki, gələcəkdə saatlıq əməkhaqqı mexanizminin tətbiqi və vahid ştat cədvəlləri üzrə dəyişikliklər də əməkhaqqı, pensiya və sosial yardım məbləğlərinin artırılmasına müsbət təsir göstərəcək.

Şərhlər
  • pensioner

    Azərbaycan hökuməti də eyni fikirdədir - maliyyə imkanları kifayət qədərdi )))))

  • Roma

    Azərbaycanda pensiya sistemini ədalətsiz, xaotik, adına parodiya olan sistemsiz bir "sistem" hesab edirəm və bunu fırıldağçı Səlim Müslümovun yaratdığı bir qarmaqarışığ cəfəngiyyat hesab edirəm. Pensiyalar arasında nisbət 2:1-dən artıq olmamalıdır, belə ki, pensiyaçı gəlib 65 yaşa çatıb və həyatının son illərini yaşayır və burada biri dərman və kommunal xərclərini qarşılaya bilmir, digəri dünya kurortlarını gəzir, sual olunur niyə, az pensiya alan hansı günahı işlədib???...və yaxud 2-3 və hətda 5-10 min, bəlkə də, bir az da çox pensiya alan hansı qəhrəmanlığ göstərib???...bəyənmədiyimiz Sovet dönəmində aşağı hədd pensiya 70 rubl, yuxarı hədd isə 120 rubl təşkil edirdi ki, bu da, demək olar ki, əsil sosial ədalətli bir pensiya sistemi idi, yəni, cinayətkar Səlimin pensiya sistemi deyildi...

  • Mübariz Cəfərov

    Hamısı boş boş vədlərdi. İnandırıcı deyil.

  • Muradov Bəhruz

    Hər şey ekspertlərin dediyi ilə olsaydı çox sevinərdik təəsüf ki bu belə deyil, heç bir sevindirici hal yoxdur

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar