Ru
14:00 / 13 İyun 2026

Bakıda restoranın dolabından beş min dollar oğurlandı

Bakıda restoranın dolabından beş min dollar oğurlandı
Eye

Paytaxtın Nərimanov rayonunda talama cinayəti qeydə alınıb.


Bakupost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, zərərçəkən polisə müraciət edərək gödəkcəsinin cibindən beş min dollar nağd pulun naməlum şəraitdə oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı İ.Süleymanov müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı onun restoranların birində zərərçəkənin paltar dolabına asdığı gödəkcəsinin cibindən pul vəsaitini taladığı məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar