Ru
13:45 / 08 İyul 2024

"Pezeşkian ola bilsin ki, çox yaxşı adamdır, amma..." - Zərdüşt Əlizadə

"Pezeşkian ola bilsin ki, çox yaxşı adamdır, amma..." - Zərdüşt Əlizadə
Eye

“Məsud Pezeşkian prezident olmasına baxmayaraq, İranda ikinci şəxsdir. Orada bir nömrəli şəxs Seyyid Əli Hüseyni Xameneidir. Xamneinin özünün böyük aparatı, kəşiyyatı, ordusu var. İranın bütün əyalətlərində onun təyin etdiyi adamlar hakimiyyətdədir. Bəzi icra məsələlərini isə prezident həyata keçirir”.




Bunu Bakupost.az -a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.
O, Məsud Pezeşkianın İran siyasətində hansısa dəyişiklik etmək ixtiyarında olmadığını bildirib:

“Pezeşkian ola bilsin ki, çox yaxşı adamdır, gözəl niyyətləri var, xalqına, Allahına dəstək verir. Amma onun prezident kimi böyük imkanları yoxdur”.


Politoloq yeni prezidentin İran-Rusiya münasibətlərində hanısısa dəyişiklikə nail ola bilməyəcəyini bildirib:


“Putin özü də yaxşı bilir ki, Pezeşkian İranda birinci şəxs deyil. Amma onu İranın bir nömrəli şəxsi kimi təbrik edir və deyir ki, biz ümid edirik ki, Rusiya-İran münasibətləri yeni mərhələyə qalxacaq”.


Vasif Əlihüseyn
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar