Ru
17:00 / 08 Avqust 2026

Pezeşkiandan Türkiyə və Azərbaycanla bağlı sensasiyalı sözlər

Pezeşkiandan Türkiyə və Azərbaycanla bağlı  sensasiyalı sözlər
Eye

Xəbər verdiyimiz kimi, ötən gün İran Prezidenti Məsud Pezeşkian ölkəsinin qonşuları ilə bağlı maraqlı açıqlama verib.

Bakupost.az xəbər verir ki, Pezeşkian müharibə zamanı düşmənlərin İran sərhədlərində iğtişaşlar yaratmaq niyyətində olduqlarını xatırladıb.

“Bu müharibə və gərginlik zamanı onların (ABŞ-İsrail - red.) planlarından biri ölkənin şimal-qərb və cənub-şərqində iğtişaşlar yaratmaq idi. Deyirdilər ki, insanlar sərhədlərin o tayından gəlib bu ərazilərdə iğtişaşlar yaradacaqlar. Lakin regiondakı ölkələr heç kimin sərhədin o tayından asanlıqla gəlib iğtişaşlar yaratmasına icazə vermədi”, - Pezeşkian bildirib.

Qeyd edək ki, Pezeşkian “sərhədin o tayından gəlib, iştişaşlar törətmək istəyənlər” deyərkən, çox güman ki, İraq ərazisindən kürd silahlılarının İran ərazisinə göndərilməsi ilə bağlı planı nəzərdə tutur. Ancaq İraq İranın qərb sərhədindədir; İranın şimal-qərb sərhədində 3 ölkə yerləşir: Azərbaycan, Ermənistan və Türkiyə.

Buna görə də Pezeşkianın xüsusilə Türkiyəni, həmçinin Azərbaycanı nəzərdə tutduğu təxmin edilir. Sözügedən məsələ ilə bağlı Türkiyənin tutduğu prinsipial mövqe barədə mediada da xəbərlər gedib.

Eyni zamanda, Pezeşkian ölkənin cənub-şərqindəndə bəhs edir. Bu ərazi isə Əfqanıstan və Pakistanla sərhəddir və etnik bəlucların yaşadığı həssas ərazidir.

Asena,
BakuPost


Şərhlər
  • Fərman İlyasov

    Azərbaycan daima mərd olub

  • B.J.(Б.Дж, для Ген.Ассамблеи ООН

    Bir sıra dövlətlərə qarşı Siyasi-hüquqi təxribat, təcavüz və *sıparat*, ya aşkar hərbi müharibə ehtimalı, elə özlərini adekvat-şübhəli əks siyasi-hüquqi düşüncə-şübhələrinin yaratdığı narahatlıq deyilmi? 1948ci ildən Azərbaycanın güney-İran hissəsinin qənimət kimi əsrlərlə Azərbaycan-Qafqaz Şahlığına və nail ola bilməmiş Sosial İnqlabıi maraqlı və qüdrətli SSRİ Ordusunun dəfələrlə İrana öz ərazisi kimi daxil olması böyük Qafqaz varisi kimi Azərbaycanla birləşdirmə ehtimalını 2ci dünya müharibəsindən sonra təqribən elə 100%ə qaldırmışdı? Yaponiya Ordusunun Uzaq Şərqə daxil olması çoxillik müharibədən 1ci faza tərəqqisini tam tam itirmiş Kremli və eləcə, qəddar qərarlı bir *İnsan kimi* Trumen Ağ Evini də növbəti Müharibə Vəhşətindən çəkindirib!?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar