11 saylı vəkil bürosunun vəkili İlqar Həmidov həbs edilməsi barədə məlumat yayılıb.
"Bakupost" “Qafqazinfo”ya istinadla xəbər verir ki, dələduzluqda ittiham olunan vəkil vətəndaş şikayəti əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub.
Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (təkrar xeyli miqdarda dələduzluq) maddələri ilə ittiham irəli sürülüb, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Gununsesi.info İlqar Həmidovun həbsi ilə bağlı bir sıra məlumatlar əldə edib.
Məlum olub ki, “Bandotdel” əməkdaşları vəkili çalışdığı bürodan götürüb.
Bakının bir sıra rayonlarının polis idarələrində müstəntiq kimi çalışan İlqar Həmidovun həbsi təəccübə səbəb olub.
Araşdırmamız zamanı o da bəlli olub ki, İlqar Həmidovun bir sıra yaxınları hüquq-mühafizə və məhkəmə orqanlarında çalışır.
Onun qaynı Samir Məmmədov isə Quba Rayon Məhkəməsinin sədridir.