Ru
08:52 / 15 İyun 2022

Polis maşını qəzaya uğradı - Xəsarət alan var

908
Bakıda polis maşını qəzaya uğrayıb.



Bakupost.az Report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.



24 yaşlı Məmmədov Emin Allahverən oğlunun idarə etdiyi “Niva” markalı avtomobil hərəkətdə olarkən ərazidə xidmət göstərən 99-YP-241 dövlət qeydiyyat nişanlı yol patrul xidmətinin avtomobili ilə toqquşub. Hadisə zamanı “Niva”nın sürücüsü xəsarət alıb.



Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.



Hadisənin təfərrüatı araşdırılır.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər