Dopinq cəzasından şikayəti qismən qəbul edilən Pol Poqba futbola qayıtmağa hazırlaşır.
Bakupost.az xəbər verir ki, Fransada qatıldığı tədbirdə "L'Equipe"nin suallarını cavablandıran Poqba "Marsel" və Liqa 1-in onun üçün seçim ola biləcəyini deyib.
Cəzasının azaldılması ilə bağlı danışan Poqba qeyd edib:
"Həqiqətən xoşbəxtəm. Heç bir şey etmədim. Ən çox sevdiyim işi etməyə qayıda bilərəm. Sanki mənə bir şans daha verildi. Sanki bir şey oldu. Məndən alındı, bu, həyatda yeni bir başlanğıcdır".
Qeyd edək ki, "Mançester Yunayted"lə müqaviləsi başa çatdıqdan sonra "Yuventus"a imza atan Pol Poqba ötən ilin sentyabrından bəri oynaya bilmir.
"Yuventus"la matçdan sonra dopinq testi müsbət çıxan fransalı futbolçu 4 il futboldan uzaqlaşdırılıb. Qərara etiraz edən Poqbanın cəzası İdman Arbitraj Məhkəməsi (CAS) tərəfindən qismən haqlı çıxıb və cəzası 18 aya endirilib.
2023-cü il sentyabrın 11-dən meydana çıxa bilməyən 31 yaşlı futbolçu 2025-ci il martın 11-də yaşıl meydanlara qayıda biləcək.
Cavidan, BakuPost