Ru
16:21 / 23 İyun 2025

Prokuror müdafiə nazirinin sabiq müavininə ağır cəza istədi - FOTO

Prokuror müdafiə nazirinin sabiq müavininə ağır cəza istədi - FOTO
Eye

Prokuror Rusiya müdafiə nazirinin keçmiş müavini general İvanova ağır cəza istəyib.

Bakupost.az RİA Novosti-yə istibadla xəbər verir ki, dövlət ittihamçısı Kerç boğazı üçün iki bərə alınması zamanı 216 milyon rubl (2,751,521 ABŞ dolları) mənimsəmə işi üzrə keçmiş müdafiə nazirinin müavini Timur İvanova ümumi rejimli kolonda çəkməklə 14,5 il həbs cəzası istəyib.

General İvanov həmçinin Rusiya Federasiyası Cinayət-Prosessual Məcəlləsinin xüsusilə külli miqdarda rüşvət almaqla bağlı müvafiq maddələri ilə də ittiham olunur.

Qeyd edək ki, Timur İvanov 2016-cı ilin mayında Rusiya Federasiyası prezidentinin fərmanı ilə müdafiə nazirinin müavini təyin edilib. O, 2013-2016-cı illərdə Müdafiə Nazirliyinin tabeliyində olan “Oboronstroy”un baş direktoru olub.

Şirkət hərbçilər üçün mənzillərin, eləcə də sosial əhəmiyyətli və strateji hərbi obyektlərin tikintisi üzrə ixtisaslaşıb.

Ayxan,
BakuPost

Prokuror müdafiə nazirinin sabiq müavininə ağır cəza istədi - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar