Ru
10:48 / 02 Yanvar 2026

Jurnalist Nailə Əkbərova vəfat etdi

Jurnalist Nailə Əkbərova vəfat etdi
Eye

Telejurnalist, rejissor və aparıcı Nailə Əkbərova dünyasını dəyişib.

Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə onun yaxınları paylaşım edib.

Qeyd edək ki, 62 yaşlı Nailə Əkbərova uzun müddətdir xəstəlikdən əziyyət çəkib.

Xatırladaq ki, o, jurnalist fəaliyyətinə 1981-ci ildə AzTV-də başlayıb. 1997-2006-cı illərdə musiqi verilişləri baş redaksiyasında baş rejissor vəzifəsində işləyib. Daha sonra, 2006-cı ildə “Space” telekanalında bir sıra televiziya layihələrinin rejissoru olub. 2009-cu ildən etibarən isə “TRT” telekanalında fəaliyyət göstərib.

N.Əkbərova eyni zamanda Azərbaycanda ilk klip yaradıcılarındandır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar