Ru
11:21 / 02 Yanvar 2026

Bu rayonlara qar yağır - Faktiki hava

Bu rayonlara qar yağır - Faktiki hava
Eye

Azərbbaycanın əksər bölgələrində yanvarın 2-si saat 10:00-a olan məlumata əsasən yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Bakupost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.


Hazırda bəzi yerlərdə qar yağır. Yağan qarın hündürlüyü Şahbuzda 38, Qaxda 25, Qusar, Gədəbəydə 20, Zaqatalada (Əlibəy kəndi) 18, Daşkəsəndə 13, Xınalıq, Qrızda 10, Şahdağda 9, Göygöl, Sədərəkdə 6, Kəlbəcər, Laçın, Qubadlı, Şəkidə 5, Quba, Xaltan, Ordubadda 3, Ceyrançöl, Naxçıvanda 2, Qobustan, İsmayıllı, Oğuz, Qəbələ, Altıağac, Şamaxı, Şabran, Balakən, Culfa, Şuşa, Xankəndidə 1 sm-dir.

Ölkə ərazisinin bəzi yerlərində qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28 m/s, Goranboy, Tərtərdə 23 m/s, Bərdə, Neftçala, Şahdağ, Naftalan, Şabranda 20 m/s, Daşkəsən, Mingəçevir, Gəncə, Ağdamda 18 m/s, Kəlbəcərdə 17 m/s, Şəkidə 15 m/s-dək güclənir.

Şərur, Xaltan, Daşkəsən, Göygöl, Gəncə, Şəki, Qax, Şamaxı, Qrız, Göyçay, Yardımlı, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 500 m-dək məhdudlaşır.

Yanvarın 3-dən ölkə ərazisində hava şəraitinin tədricən mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar