Ru
11:40 / 02 Yanvar 2026

Bakıda yol qəzasında xəsarət alan uşağın vəziyyəti ağırdır

Bakıda yol qəzasında xəsarət alan uşağın vəziyyəti ağırdır
Eye

Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan uşağın vəziyyəti ağır olaraq qalır.

Bakupost.az xəbər verir ki, dekabrın 25-də paytaxtın mərkəzi küçələrindən birində iki minik avtomobilinin toqquşması zamanı yolun kənarında yerləşdirilmiş məhəccər aşıb və səkidə olan uşağın üzərinə düşüb.

Son məlumatlara görə, azyaşlı hazırda Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsindədir, vəziyyəti isə ağır qiymətləndirilir.

Qeyd edək ki, qəzada iştirak edən avtomobilin sürücüsü uşağa əhəmiyyət verməyərək, toqquşduğu avtomobilin sürücüsünə yaxınlaşıb.

Xəsarətlər almış uşaq isə polis əməkdaşlarının yardımı ilə başqa avtomobillə xəstəxanaya aparılıb.

Yasəmən,
BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar