Ru
15:43 / 06 İyun 2024

Putin ad çəkmədən hədələdi: “Ukraynaya silah verən ölkələr...”

Putin ad çəkmədən hədələdi: “Ukraynaya silah verən ölkələr...”
Eye

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forumda keçirdiyi mətbuat konfransında Ukraynaya silah verən ölkələrə ciddi xəbərdarlıq edib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Putin çıxışı zamanı Rusiyanın Ukraynaya silah verən ölkələrin strateji hədəflərini vurmaq, bölgələrə uzaqmənzilli silah göndərmək hüququnun olduğunu bildirib.

Putin Ukrayna müharibəsinə görə Rusiyanın hərbi qüvvələrini artıracağını bildirib. Bu bəyanatlar isə Ukraynaya silah göndərən ölkələr üçün ciddi təhlükə kimi şərh edilib.

Bölgədəki münaqişələrə görə ABŞ-ın məsuliyyət daşıdığını vurğulayan Putin, İsrail və Fələstindəki vəziyyətin də ABŞ-ın bu bölgəni monopoliyaya alan siyasətindən qaynaqlandığını deyib.

Vasif
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar