Ru
21:53 / 30 İyul 2025

Birdəfəlik müavinətlərdə ciddi artım

Birdəfəlik müavinətlərdə ciddi artım
Eye

2018-2025-ci illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 5 sosial islahat paketinin icrası digər sosial ödənişlər kimi birdəfəlik müavinətlərdə də ciddi artımlara imkan verib.

Bakupost.az xəbər verir ki, bu barədə ƏƏSMN-dən məlumat verilib.

Nazirlikdən bildirilib ki, həmin dövrdə birdəfəlik müavinətlərin məbləği uşağın anadan olmasına görə 6,7 dəfə artırılaraq 600 manata, dəfn üçün isə 5 dəfə artırılaraq 600 manata çatdırılıb. Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinətdə də 1,5 dəfə artım olub və hazırda məbləği 300 manatdır.

Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin məbləği isə 2018-2025-ci illərdə 3,5 dəfə artırılaraq 1600 manata çatdırılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar