Ru
18:27 / 30 İyul 2025

Rusiyadan Qazaxıstana "neft" zərbəsi

Rusiyadan Qazaxıstana "neft" zərbəsi
Eye

Rusiya Qazaxıstan neftinin ixracını bloklayıb.

Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Qara dəniz limanlarında xarici tankerlərin neft yükləməsini qadağan edən fərman imzalayıb. Bundan sonra yalnız Federal Təhlükəsizlik Xidməti belə yükləmələrə icazə verəcək.

Bu qərarla Moskva Qazaxıstan neftinin ixrac yolunu faktiki olaraq bağlayıb. Qazaxıstanın neft ixracının 80%-dən çoxu Rusiya ərazisindən, xüsusən də Novorossiysk limanı vasitəsilə həyata keçirilirdi.

Mənbənin məlumatına görə, artıq Astana Moskvanın tranzit asılılığından xilas olmağa və neftini satmaq üçün Azərbaycan və Türkiyə üzərindən yeni alternativ marşrutlar axtarmağa məcbur olacaq.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar