Ru
12:02 / 18 Oktyabr 2024

Putin COP29-a qatılacaq? - Anar Ələkbərovdan açıqlama

Putin  COP29-a qatılacaq? - Anar Ələkbərovdan açıqlama
Eye

Kremlin mətbuat katibi Dmitri Peskov bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinin Bakıya COP29-a mümkün gəlişini şərh edərkən bildirib ki, “bu məsələ ilə bağlı hələ qərar qəbul edilməyib, lakin Rusiya mütləq (bu və ya digər səviyyədə) təmsil olunacaq. ”

“Hələ heç bir qərar verilməyib. Təbii ki, Rusiya təmsil olunacaq”, – deyə Peskov müvafiq suala cavab verib.

Bakupost.az xəbər verir ki, Vladimir Putinin noyabrın 12-də Bakıda keçiriləcək COP29 Liderlər Sammitində mümkün iştirakı ilə bağlı haqqin.az-ın sualını cavablandıran Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov isə bildirib ki, bu gün bu məlumatı nə təsdiq, nə də təkzib edə bilər.

Eyni zamanda, Haqqin.az-la söhbətində Ələkbərov bildirib ki, sammitdə 47 dövlət və hökumət başçısının iştirakı gözlənilir.

Azərbaycan Prezidentinin köməkçisi "Avropa liderlərinin sammitə gəlişi gözlənilirmi" sualına cavab olaraq bildirib ki, Avropa dövlətlərinin bir çox liderləri tədbirdə iştirak edəcəklərini təsdiqləyiblər.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar