Hansı bank etibarlıdır? - SORĞU
Ru
20:02 / 23 Oktyabr 2024

Putin Ərdoğana başsağlığı verdi

2480
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında Kazanda görüş olub.

Bakupost. az xəbər verir ki, bu barədə "Hurriyyət" məlumat yayıb.

Putin çıxışına Türkiyədə baş verən terrora münasibətlə başlayıb, terroru lənətləyərək, Ərdoğana başsağlığı verib.

Daha sonra Putin bildirib ki, ticarət və iqtisadi əməkdaşlığımız inkişafa davam edir:

“Ötən il ticarət dövriyyəmiz 55 milyard dollar olub. Bu ilin 8 ayında 6,2 faiz artıb. Türk iş dünyası da burada maşın sənayesinə əhəmiyyətli sərmayələr qoyub. Ötən il boru kəmərləri ilə 20,5 milyard kubmetr təbii qaz ötürülüb. Təbii qaz mərkəzi ilə bağlı işlər davam edir. Akkuyu AES 7/24 tamamlandı. Gələn il birinci blokda enerji istehsalına başlanacağına inanırıq. Turizm sahəsində də mühüm əməkdaşlığımız var. Ötən il Türkiyəyə 6,3 milyon rusiyalı turist gedib. Təxminən 27 faiz artım var. Bu ilin ilk 8 ayında 4,5 milyon turist gəlib. Rəqəmlərə görə Rusiya birinci yerdədir.

Beynəlxalq məsələlərdə də sıx əməkdaşlıq mövcuddur. Siz BRİKS-ə qoşulacaqsınız. Biz Yaxın Şərqdəki mövqelərimizə baxırıq. Türkiyə ilə Rusiya çox yaxındır. Qafqaz, Suriya, Ukrayna məsələləri ilə bağlı sizə məlumat verəcəyəm”.

Prezident Ərdoğan başsağlığına görə təşəkkür edib:

“Başsağlığı mesajınız üçün təşəkkür edirik. 4 şəhidimiz, 14 yaralımız var. Bu mənfur terror aktını lənətləyir, şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Sizi, əziz dostum, Türkiyədə görmək istəyirəm. Bank ödənişlərində yaranan problemlərin həlli istiqamətində işlər davam etdirilir. Nazirliklərimiz və Mərkəzi Bank bu məsələ ilə bağlı mexanizm yaratmaq üçün əlaqə saxlayır”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar