Ru
17:45 / 19 Noyabr 2024

Putin Hindistana gedir

Putin Hindistana gedir
Eye

Rusiya prezidenti Vladimir Putin Hindistana səfər edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Nyu Dehlidə təşkil olunan tədbirdə iştirak edərkən bildirib.


Peskov qeyd edib ki, Hindistanın baş naziri Narendra Modinin Rusiyaya iki səfərindən sonra indi Rusiya prezidenti Vladimir Putinin Hindistana səfəri planlaşdırılır: "Ümid edirəm ki, çox tezliklə olacaq. Biz bunu səbirsizliklə gözləyirik".

O əlavə edib ki, Putinin Hindistana səfərinin tarixləri dəqiqləşdirilir. Peskov Moskvanın böyük əhəmiyyət verdiyi səfərə hazırlıqların başlayacağını da açıqlayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar