Ru
16:00 / 03 Oktyabr 2022

Putin öz xalqı ilə savaşa başlayıb - Ekspert

2992
"Rusiya Ukrayna torpaqlarını güc yolu ilə özünə birləşdirmək istəyirdi. Buna nail olmadı və saxta referenduma əl atdı. Moskva həmin əraziləri özünə birləşdirməklə gələcək fəlakətlərinin bünövrəsini qoydu".


Bunu Bakupost.az -a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.


Sədr qeyd edib ki, saxta referendumun nəticələri dünya dövlətləri tərəfindən birmənalı olaraq tanınmır:




"Fəlakət deyəndə Rusiyanın başqa dövlətlərlə müharibəsi, yaxud nüvə silahının işə düşməsini nəzərdə tutmuram. Rusiyanın daxilində baş verənlər, Ukraynanın əks hücuma keçməsi və xeyli əraziləri azad etməsi, rus hərbçilərinin mühasirəyə düşməsi Rusiya üçün böyük faciədir. Belə olan halda ABŞ və Avropa ölkələri Ukraynaya daha çox hərbi yardım etməkdə maraqlıdırlar. Ona görə də Rusiyaya yeni-yeni sanksiya paketləri tətbiq etməklə bərabər, Ukraynaya yardımlar paketinin artmasının şahidi oluruq".


Ç.Qənizadə hesab edir ki, Putin Ukrayna ilə deyil, öz xalqı ilə savaşa başlayıb:


"Hərbi-sənaye kompleksinə aid milyardlarla dollarlıq silahlar Ukraynaya verilir, maliyyə yardımı edilir. Bildirilir ki, hərbi yardımların davamı olacaq. Bu, Rusiya üçün fəlakətdir. Kreml, Putin hakimiyyəti elə bir hadisələrin içinə düşüb ki, çıxmağa yol tapa bilmir. Səfərbərlik adı altında yığılan insanların bir neçə gündən sonra döyüş bölgələrinə göndərilməsi, vuruşmağa məcbur edilməsi, Rusiyada daxilində güclü etirazların başlaması onu deməyə əsas verir ki, artıq Putin Ukrayna ilə deyil, öz xalqı ilə savaşa başlayıb. Bunun da təbii ki, çox ciddi fəsadları olacaq. Hansı lider öz xalqının maraqlarını, dövlətin təhlükəsizliyini deyil, özünün siyasi ambisiyaları, maraqları üçün çalışırsa, deməli, dövləti üçün böyük fəlakətə yol açmış olur. Yəqin ki, gələcəkdə Rusiyanın daha ciddi iqtisadi, siyasi problemlər içində batdığının şahidi olacağıq".


Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər