Ru
14:44 / 06 İyun 2024

Putin xəbərdarlıq etdi: “Qərb nüvə silahından istifadə edəcəyimizə inanmır...”

1307
Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrinin Rusiyanın nüvə silahından istifadə etmə ehtimalını görməzlikdən gəldiyini bildirib.


Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “Lahta Center”də dünyanın aparıcı xəbər agentliklərinin rəhbərlərinin suallarını cavablandırarkən belə deyib.

O, çıxışı zamanı ölkəsinin suverenliyini və ərazi bütövlüyünü təhdid edənlərə qarşı bütün vasitələrdən istifadə etməyin mümkün olduğunu bildirib. Putin həmçinin bunun ciddiyə alınmasının vacibliyini vurğulayıb.


O, Ukrayna ordusunun müharibədə hər ay təxminən 30 min canlı qüvvə itirdiyini bildirib:

“Ukrayna ordusu hər ay təxminən 30 min adamı səfərbər edir. Son iki ayda 50-55 min insanı səfərbər etdilər. Amma bu, problemi həll etmir. Çünki bütün bunlar yalnız itkiləri kompensasiya edir”.

Putin həmçinin Ukrayna müharibəsinin nüvə riski yaradacaq bir vəziyyətə çatdırılmadığını deyib:

“Qərb ölkələri nədənsə Rusiyanın nüvə silahından heç vaxt istifadə etməyəcəyinə inanır. Bizim nüvə doktrinamız var. Əgər kiminsə əməli suverenliyimizə, ərazi bütövlüyümüzə təhlükə yaradırsa, biz hesab edirik ki, əlimizdə olan bütün vasitələrdən istifadə etmək olar”.

Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər