Ru
17:35 / 31 Mart 2023

Putinin dostuna kömək edən 4 bank işçisi cəzalandırıldı

Putinin dostuna kömək edən 4 bank işçisi cəzalandırıldı
Eye

İsveçrədə 4 bank işçisi Rusiya Prezidenti Vladimir Putinin dostu Sergey Rolduginə banklara böyük məbləğdə depozit qoymağa icazə verdiyi üçün cəzalandırılıblar.

Bakupost.az Haber7.com-a istinadən məlumat verir ki, Rusiyaya məxsus “Qazprombank”ın Sürix filialının keçmiş menecerləri “Putinin pul kisəsi” ləqəbli musiqiçiyə kömək etdiklərinə görə məsuliyyətə cəlb olunublar.

3 rusiyalı və 1 isveçrəli bank işçisinin iş fəaliyyətləri 2 il müddətinə dondurulub. Onlar 741 min İsveçrə frankı məbləğində cərimə ediliblər. Həmçinin müttəhimlərə 7 ay həbs istənilib.
Hakim bildirib ki, Rolduginin əmanət kimi qoyduğu pulun əsl sahibi olmadığına heç bir şübhə yoxdur. İsveçrə qanunlarına görə, bankın hesab sahibi və ya pulun mənbəyi ilə bağlı şübhəsi varsa, hesabları rədd etməli və ya bağlamalıdır.

Qeyd edək ki, Roldugin İsveçrədəki banklara ödədiyi pulun haradan gəldiyi ilə bağlı etibarlı izahat verməyib.

Əfsanə
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar