Rusiya, Zelenskinin legitimliyini sual altına alaraq, sülh sazişindən əvvəl Ukraynada seçkilərin keçirilməsində israr edir.
Bakupost.az xəbər verir ki, bu barədə UNN məlumat yayıb.
"Ukrayna Prezidenti Volodimir Zelenskinin legitimliyi, Rusiya üçün Kiyevlə sülh sazişi bağlanarkən əsas amillərdən birinə çevriləcək."
Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Rusiya mediasına açıqlamasında deyib.
Lavrov bu yanaşmanı sülh sazişinin imzalanması üçün ən yaxşı həll yolu hesab edir.
Bununla yanaşı, nazir əlavə edib ki, Moskva müvafiq sənədin hazırlanması üçün hazırkı Ukrayna rəhbərliyi ilə əlaqələri davam etdirir.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu ilin fevralında onun legitimliyinin 73% seçici dəstəyi ilə təsdiqləndiyini bildirib. O, texniki və qanunvericilik məhdudiyyətləri səbəbindən müharibə dövründə seçkilərin keçirilməsinin mümkün olmadığını vurğulayıb.
Elmina Qasımova,
BakuPost