Ru
15:56 / 07 May 2025

Qadın estetik əməliyyatına pul verməyən sevgilisinin başını əzdi - Bakıda şok olay

Qadın estetik əməliyyatına pul verməyən sevgilisinin başını əzdi - Bakıda şok olay
Eye

Nərimanov Rayon Məhkəməsində quldurluqda təqsirləndirilən Səbinə Ağabalayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakupost.az oxu.az-a istinadla xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Ağabalayeva 800 manat cərimə edilib.

İttihama görə, hadisə Nərimanov rayonu, Təbriz küçəsindəki kafedə baş verib. 2016-cı ildə həyat yoldaşı vəfat edən Səbinə Ağabalayeva bir müddət sonra tanışı Elmin adlı şəxsin dostu Elçinlə sevgili olub. Səbinə keçən il Elçinlə görüşüb və ondan estetik əməliyyatlar etdirmək üçün 15 min manat istəyib. Elçin əvvəlcə pulu verəcəyini desə də, sonradan həmin məbləği düzəltməyib və sevgililər ayrılıblar.

Bir müddətdən sonra Səbinə Ağabalayeva dostu Elmindən xahiş edib ki, Elçini kafeyə çağırsın. Elçin kafeyə gələndə orada S.Ağabalayevanı görüb geri qayıtmaq istəyib. Bu vaxt qadın əlindəki telefonla Elçinin başına zərbələr endirib. Elçin başından aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar