Ru
21:33 / 24 May 2024

“Qadınlar üçün evdən işləməklə bağlı qanun qəbul edilməlidir" - Partiya sədri

“Qadınlar üçün evdən işləməklə bağlı qanun qəbul edilməlidir" - Partiya sədri
Eye

Xəbər verdiyimiz, kimi Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Rzayev Əmək Məcəlləsinə ailəli və uşaqlı qadınların işə 1 saat gec gəlib, 1 saat tez getməsi ilə bağlı maddə salınmasını təklif edib.


Bakupost.az -a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deputatın təklifini dəstəklədiyini bildirib.

Onun sözlərinə görə, sovet dövründə körpə uşağı olan qadınların iş vaxtının qısaldılması, analıq məzuniyyəti və başqa güzəştlər var idi:

"Əlbəttə, Azərbaycanda əhalinin artımını stimullaşdırmaq, qadınların həyat şəraitini yaxşılaşdırmaq istəyiriksə, istər hamiləlik, istərsə də körpələrə baxmaq dövründə qadınlara güzəştlər verilməlidir. Uşaq bağçalarında qiymət kifayət qədər bahadır və bütövlükdə Azərbaycanı əhatə etmir. Ona görə də körpə uşağı olan qadın ya övladına baxmalıdır, ya da ki, işdən məhrum olmalıdır. Hətta evdə iş təşkili ilə bağlı qanun qəbul edilməlidir. Məsələn, elə iş var ki, qadın onu evdən işləyə bilər. Yəni müxtəlif güzəştlər düşünmək olar ki, qadın həm işləsin, həm də öz uşağını normal şəkildə tərbiyə edə bilsin”.

Vasif Əlihüseyn
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar