Ru
21:47 / 28 Mart 2023

“Qalatasaray”ın Prezidenti Azərbaycana təşəkkür etdi - FOTO

“Qalatasaray”ın Prezidenti Azərbaycana təşəkkür etdi -  FOTO
Eye

Türkiyənin "Qalatasaray" klubunun Prezidenti Dursun Özbek Azərbaycana təşəkkür edib.

Bakupost.az xəbər verir ki, bununla bağlı klubun rəsmi tviter hesabında paylaşım edilib.

"Qardaş ölkə Azərbaycanın seçilən komandası "Qarabağ"la keçirdiyimiz və əldə edilən qazancı zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza bağışlanan dostluq oyunu, klubumuzu və icmamızı sevindirdi. Bakı Olimpiya Stadionunda təşkil olunan matça təşrif buyuraraq bizi şərəfləndirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və xanımı Mehriban Əliyevaya, klubumuzu böyük nəzakətlə qarşılayan "Qarabağ"ın prezidenti cənab Tahir Gözələ və İdarə Heyətinə təşəkkürlərimizi bildiririk. Bundan əlavə, Bakıdakı coşqulu qarşılamaya və göstərdikləri böyük marağa görə Azərbaycan xalqını bir daha salamlayıram", - deyə məktubda bildirilib.


Qeyd edək ki, qarşılaşma "Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.




Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar